Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb - FOTOLAR

Şimal-qərb bölgəsində leysan yağışları olub, Qax və Şəkinin bəzi ərazilərinə dolu düşüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, günün ikinci yarısı saat 16:30-dan başlayaraq ölkənin Şimal-qərb bölgəsinin Balakən rayonu istiqamətindən ölkə ərazisinə qeyri-sabit hava şəraiti daxil olub. Hava şəraitinin kəskin dəyişməsi səbəbilə bölgənin Balakən, Zaqatala, Qax və Şəki rayonları ərazisində leysan xarakterli yağış müşahidə olunub. Bölgənin dağ çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Qax rayonunun Ağçay, İlisu və Sarıbaş kəndlərinin ərazilərinə və Şəki rayon mərkəzinin yuxarı hissəsinə dolu düşüb. Qaxın Ağçay kəndinin daxilindən axan çaydan qısamüddətli sel keçib. Bölgədə qeyr-sabit hava şəraiti davam edir. Qəbələdə də küləklə müşayiət olunan güclü leysan və dolu düşərək fəsadlar yaradıb. Ani başlayan yağış küçələrdə keçilməz suyun yaranmasına səbəb olub, eləcə də dolu nəticəsində təsərrüfatlara ciddi ziyan dəyib. Dolu dənəciklərinin böyük olması həm ağaclara həmdə avtomobillərə ciddi ziyan vurub. Qeyri sabit hava şəraiti hələdə davam edir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI























