Söküntü zamanı ödənilən kompensasiya artırılacaq? - VACİB AÇIQLAMA

"Azərbaycanda söküntü zamanı vətəndaşlara ödənilən kompensasiyanın məbləği müxtəlif mexanizmlərlə müəyyən edilir və mövcud bazar şəraitinə uyğun olaraq artırılması mümkündür". Avtosfer.az xəbər verir ki, bunu “Baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, hazırda kompensasiyanın hesablanmasının üç əsas üsulu mövcuddur:
"Birinci halda kompensasiya məbləği Nazirlər Kabineti yanında fəaliyyət göstərən müvafiq komissiya tərəfindən müəyyən edilir. Bu, əsasən Yasamal rayonu kimi iri yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə şamil olunur. İkinci halda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsiin keçirdiyi tenderlərdə qalib gələn qiymətləndirmə şirkətləri həmin ərazilərdə daşınmaz əmlakın dəyərini hesablayırlar. Üçüncü variantda isə investorla bina sakinləri arasında razılaşma əldə olunur və kompensasiya məbləği qarşılıqlı razılıq əsasında müəyyən edilir.
"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanun qüvvəyə mindikdən sonra bu prosesin müstəqil qiymətləndirmə şirkətləri tərəfindən aparılması daha düzgün yanaşmadır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mövqeyi ondan ibarətdir ki, kompensasiya məbləğini nə məmurlar, nə investorlar, nə də vətəndaşlar müəyyən etməlidir. Çünki bazar dəyərini obyektiv şəkildə müəyyən etmək səlahiyyəti yalnız qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən lisenziyalı qiymətləndiricilərə məxsusdur. Dövlət İmtahan Mərkəzində müvafiq ixtisas imtahanından keçən şəxslər bu fəaliyyətlə məşğul ola bilərlər".
![]()
AQC sədri vurğulayıb ki, kompensasiya məbləğinin artırılması mümkündür və buna ehtiyac da var.
"Daşınmaz əmlak bazarında qiymətlər artım tendensiyası göstərir. Mövcud kompensasiya məbləğləri isə əksər hallarda əvvəlki dövrün bazar göstəricilərinə əsaslanır. Hazırda bazar qiymətləri bəzi hallarda müəyyən edilmiş kompensasiyalardan 25-30 faiz yüksəkdir. Buna görə də hesab edirəm ki, kompensasiya söküntü qərarı verilən vaxt deyil, söküntü faktiki həyata keçirilən zaman yenidən hesablanmalıdır. Bu, vətəndaşın aldığı vəsaitlə bazarda eyni dəyərdə mənzil ala bilməsi baxımından vacibdir.
Adətən söküləcək bina qəzalı və istismar müddətini başa vurduğu üçün onun bazar dəyəri aşağı qiymətləndirilir. Halbuki məqsəd vətəndaşı eyni yaşayış şəraiti ilə təmin etmək olmalıdır. Biz hesab edirik ki, kompensasiya həmin binanın deyil, həmin ərazidə və ya ən uzağı bir kilometr radiusda yerləşən yeni tikililərdəki mənzillərin bazar qiyməti əsasında müəyyən edilməlidir. Belə olarsa, vətəndaş aldığı kompensasiya hesabına eyni ərazidə müasir standartlara cavab verən yeni mənzil əldə edə bilər.
Kompensasiya məbləğlərinin artırılması mümkündür, lakin əsas məsələ yalnız rəqəmlərin yüksəldilməsi deyil. Əsas dəyişiklik yanaşmada olmalıdır. Qiymətləndirmə prinsipləri yenilənərsə, kompensasiya məbləğləri də bazarın real vəziyyətinə uyğun şəkildə yenidən hesablanacaq. Bu isə həm vətəndaşların hüquqlarının qorunmasına, həm də daha ədalətli mexanizmin formalaşmasına xidmət edəcək".
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










