Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB - VİDEO

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində - "Betonzavod" adlanan ərazidə yaşayan sakin iddia edir ki, yaxınlıqda aparılan tikinti işləri onun və daha bir neçə nəfərin evinə ziyan vurub.
Şikayətçi Səbuhi Həsənovun sözlərinə görə, təxminən 4 ay əvvəl sözügedən məkanda yeni obyektin inşasına başlanılıb və bundan sonra evlərdə çatlar yaranıb:
"Ərazidə güclü axıntı baş verdi və bir neçə evə ciddi ziyan dəydi. Ən böyük zərər isə mənim evimə vurulub. Otaqlar bir-birindən aralanıb, hamısında çatlar əmələ gəlib".
Avtosfer.az bildirir ki, Baku TV-nin xəbərinə görə, tikinti aparan tərəf isə iddialarla razılaşmır. Bildirilir ki, obyektlə yaşayış evləri arasında kifayət qədər məsafə var və çatların yaranması tikinti ilə bağlı deyil.
"Bu iddialar qeyri-realdır. Bir neçə dəfə mütəxəssislər baxış keçirib. Evlər bataqlıq zonada və tikinti normalarına uyğun olmayan şəkildə inşa edildiyi üçün çatlayıb. Tikilən obyektlə həmin ev arasında təxminən 40 metr məsafə var", - deyə tikinti şirkətinin nümayəndəsi Vasif İsmayılov qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin şöbə rəisinin müavini Ehtiram Xəlilov isə bildirib ki, Sumqayıt şəhəri İnşaatçılar yaşayış massivi, Koroğlu prospekti, giriş 82 ünvanında inşa olunan qeyri-yaşayış obyektinin layihəsi aidiyyəti qurumlarla razılaşdırılıb və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə sənədləri alınıb:
"Obyektin tikintisinin layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən nəzarət edilir. Qeyd olunan məsələ ilə bağlı əraziyə baxış zamanı fərdi yaşayış evlərində çatların əmələ gəlməsinə səbəb kimi göstərilən qeyri-yaşayış obyekti fərdi yaşayış evlərindən uzaq məsafədə yerləşdiyindən iddia öz təsdiqini tapmayıb".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












