Sumqayıtda yağışın dağıtdığı yollar asfaltlanır - FOTO

Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ardıcıl və sistemli işlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, xüsusilə son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində şəhərin bir sıra küçə və prospektlərində asfalt örtüyünün zədələnməsi, çökmələr və digər texniki problemlər qeydə alınıb.
Mövcud vəziyyət nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər həyata keçirilir. Hazırda şəhərin müxtəlif ərazilərində dağılmış və yararsız hala düşmüş asfalt örtüyünün bərpası istiqamətində cari təmir işləri aparılır, yol səthində yaranmış çökəkliklər aradan qaldırılır, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə zəruri texniki tədbirlər görülür.
Eyni zamanda həyata keçirilən işlər mərhələli şəkildə təşkil olunub və şəhərin bütün yaşayış massivlərini əhatə edəcəkdir. Təmir-bərpa prosesində prioritet olaraq daha çox zərər görmüş və intensiv istifadə olunan yol sahələrinə üstünlük verilir.
Bununla yanaşı, hava şəraitinin əlverişli olması fonunda Sumqayıt şəhərinin müxtəlif ərazilərində əsaslı asfaltlanma işlərinin həyata keçirilməsi də nəzərdə tutulur. Bu çərçivədə müasir standartlara cavab verən yol örtüyünün qurulması, yol infrastrukturunun keyfiyyətinin artırılması və uzunmüddətli istismar imkanlarının təmin edilməsi əsas məqsədlərdən biridir.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər şəhər sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, yol infrastrukturunun davamlı inkişafına xidmət edir və bu istiqamətdə işlər davamlı xarakter daşıyır.


Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












