Tələbələrə ictimai nəqliyyatda güzəşt edilməsi planlaşdırılır? - Ekspert AÇIQLADI

Azərbaycanda minlərlə tələbə hər gün təhsil müəssisələrinə getmək üçün ictimai nəqliyyatdan istifadə edir. Paytaxt və digər şəhərlərdə universitet və kolleclərdə təhsil alan tələbələrin əksəriyyəti gündəlik olaraq avtobus, metro və digər nəqliyyat vasitələri ilə hərəkət edir. Son illərdə tələbələr üçün təqdim edilən “TələbəPlus” kartı onların müxtəlif xidmətlərdən daha rahat istifadə etməsi məqsədilə tətbiq olunub və artıq bir çox tələbə bu kartdan yararlanır.
Hazırda isə bu kart vasitəsilə gələcəkdə tələbələrə ictimai nəqliyyatda 10 faiz endirim tətbiq olunması məsələsi gündəmdədir. Təşəbbüsün tələbələrin gündəlik nəqliyyat xərclərinə təsiri və ictimai nəqliyyatdan istifadə səviyyəsinə mümkün təsirləri müzakirə məsələsidir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, istənilən güzəşt tələbələr üçün vacibdir və onların gündəlik xərclərinin müəyyən qədər azalmasına kömək edir:

“Xüsusilə də ictimai nəqliyyatdan hər gün istifadə edən tələbələr üçün belə təşəbbüslər böyük əhəmiyyət daşıyır. Bundan savayı, Brutto müqavilə tətbiqi nəticəsində tələbələr üçün ayrıca güzəşti olan bilet paketlərinin də gələcəkdə tətbiqi nəzərdən keçirilə bilər. Bu cür paketlərin tətbiqi tələbələrə daha sərfəli şərtlərlə ictimai nəqliyyatdan istifadə imkanı yarada və onların gündəlik nəqliyyat xərclərinin daha səmərəli şəkildə optimallaşdırılmasına zəmin yaradacaq. Amma ilkin olaraq “TələbəPlus” kartının işə düşməsi də tələbələr üçün mühüm addım hesab oluna bilər. Bu kartın tətbiqi və onun vasitəsilə təqdim olunan güzəştlər tələbələr üçün müsbət yenilik kimi qiymətləndirilir və ümumilikdə tələbələrin sosial dəstəklənməsi baxımından bir xoş xəbərdir”.
Nurcan Babək
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












