Televiziya proqramlarına son dəfə ciddi XƏBƏRDARLIQ

Zaur Baxşəliyevin təqdim etdiyi “Bizimləsən”, Amil Xəlilin “Gəl danış”, Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Lalə Azərtaşın “Təsir dairəsi” və Nuranə Gülərin aparıcılıq etdiyi “Çıxış yolu” proqramlarına son dəfə ciddi xəbərdarlıq edilib.
Avtosfer.az xəbər verir ki, Oxu24.com-un əldə etdiyi məlumata görə, xəbərdarlıq sözügedən verilişlərdə yayımlanan bəzi mövzuların etik normalara və yayım qaydalarına uyğunluğu ilə bağlı olub.
Xüsusilə ailə-məişət problemlərinin, şəxsi həyatın toxunulmazlığına dair məqamların və azyaşlıların hüquqlarına aid məsələlərin efirdə təqdimat forması diqqət mərkəzinə alınıb.
Mənbənin bildirdiyinə görə, proqramlarda emosional çıxışlar, studiyada yaranan qarşıdurmalar, eləcə də şəxsi məlumatların açıq şəkildə səsləndirilməsi ilə bağlı ciddi iradlar səsləndirilib. Qurum tərəfindən yayımçılara qanunvericiliyin tələblərinə əməl olunması, etik prinsiplərin qorunması və vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşılması tövsiyə edilib.
Qeyd olunur ki, bu, son xəbərdarlıq xarakteri daşıyır. Oxşar halların təkrarlanacağı təqdirdə proqramlarla bağlı daha sərt inzibati tədbirlərin görülməsi istisna edilmir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












