Tikintidə təhlükəsizlik qaydalarına nəzarət işçilərin həyatı üçün yetərlidir? - Ekspert AÇIQLADI

Tikinti sahələrində baş verən bədbəxt hadisə ictimaiyyətin diqqətini bir daha əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına yönəldib. Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “Huner Group MMC”nin tikinti sahəsində işləyən Neftçala rayon sakini, 1988-ci il təvəllüdlü Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı düşərək hadisə yerində ölməsi bu məsələnin aktuallığını göstərir.
Bu hadisə yenidən suallar doğurur: Həqiqətən də tikinti sahələrində təhlükəsizlik qaydalarına nəzarət yetərlidirmi?
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev Avtosfer.az-a açıqlamasında bildirib ki, bəzi hallarda nəzarət mexanizmləri yetərli səviyyədə deyil və davamlı xarakter daşımır:

“Tikinti sahəsində aparılan işlərin təhlükəsizliyi ilə bağlı normativ baza mövcuddur, qaydalar var, texniki tələblər də müəyyən olunub. Lakin əsas məsələ icradır. Təhlükəsizlik məsələləri sənədlərdə deyil, real sahədə tətbiq olunanda effekt verir. Tikintidə baş verən bədbəxt hadisələri yalnız fərdi səhlənkarlıqla izah etmək düzgün yanaşma deyil. İnsan faktoru da var. Amma sistemli nəzarət zəifdirsə, risklər əvvəlcədən düzgün qiymətləndirilməyibsə, təlimlər və təlimatlar formal xarakter daşıyırsa, bu, artıq struktur məsələsidir. Tikinti sahələrində təhlükəsizlik mədəniyyəti formalaşmalıdır. Bu mədəniyyət yalnız cərimə mexanizmi ilə formalaşmır. Mütəmadi və davamlı maarifləndirmə işləri aparılmalı, işçilər təlimlərdən keçirilməlidir. Parallel olaraq, ictimai nəzarət mexanizmləri də öz sözünü deməlidir. İşçilər öz təhlükəsizliklərinin dəyərini bilməlidir. Müəssisə rəhbəri də qaydalara uyğun olaraq işçilər üçün sağlam və təhlükəsiz iş şəraiti təşkil etməlidir”.
Nurcan Babək
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












