Tramvay xəbərlərindən sonra bu ərazidə evlər bahalaşdı - AÇIQLAMA

Bakıda tramvay xətlərinin bərpası planı paytaxtın əmlak bazarında ciddi hərəkətliliyə səbəb olub. “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Mehdiabad istiqamətində yeni relsli nəqliyyat sisteminin qurulmasının nəzərdən keçirildiyini elan etdikdən sonra həmin ərazilərdə torpaq və mənzil rəqəmləri diqqət mərkəzinə gəlib.
Avtosfer.az Demokrat.az-a istinadən xəbər verir ki, bunu daşınmaz əmlak sahəsi üzrə mütəxəssis Elnur Azadov deyib. Ekspertin sözlərinə görə, gələcəkdə rahat gediş-gəliş imkanı qazanacaq massivlərdə qiymətlər indidən psixoloji təsirlərlə yüksəlir:
“Əsas məsələ layihənin hansı əraziləri əhatə edəcəyidir. Hələ təxminən on il əvvəl Ağ Şəhər ərazisində gələcəkdə tramvay xəttinin çəkilməsi ilə bağlı müəyyən açıqlamalar verilmişdi. Daha sonra isə ekoloji cəhətdən təmiz nəqliyyat növü hesab olunan tramvayın Bakı və ətraf ərazilərə qədər uzanacağı barədə məlumatlar yayıldı. Layihə reallaşarsa, bu, kifayət qədər genişmiqyaslı nəqliyyat layihəsi olacq. Yalnız Mehdiabad istiqaməti ilə məhdudlaşmayacaq. Son yayılan məlumatlara əsasən, tramvay xəttinin “Sea Breeze” ərazisindən Sumqayıt istiqamətinə qədər uzanması ilə bağlı da müxtəlif iddialar mövcuddur. Bununla yanaşı, Mehdiabad ərazisində daşınmaz əmlak qiymətlərində mümkün dəyişikliklərlə bağlı hazırda konkret məlumat yoxdur. Layihə gerçəkləşərsə, onun təsiri yalnız bir ərazi ilə məhdudlaşmayacaq, Bakı və ətraf yaşayış massivlərini də əhatə edə bilər”.
Rəsmi rəqəmlər və elan bazasının təhlili göstərir ki, 2026-cı ilin əvvəlindən bəri Mehdiabadda torpaq sahələri real olaraq 15-23% bahalaşıb. Yanvar və fevral aylarında qəsəbənin mərkəzi hissələrində torpağın bir sotu 10 000 - 11 000 AZN-ə təklif edilirdisə, hazırda bu məbləğ 12 000 - 13 500 AZN-ə çatıb. Magistralın kənarında yerləşən, çıxarışlı və elit massivlərdə isə bir sotun dəyəri 14 000 AZN-dən başlayaraq 17 000 - 20 000 AZN-ə qədər yüksəlib. Sürətli bahalaşmaya həmçinin qəsəbədəki infrastrukturun yenilənməsi və dəniz istiqamətinə salınan yeni yollar təkan verir.
Yəni Bakı ətrafında yeni tramvay xətlərinin qurulması planı və infrastrukturun yaxşılaşdırılması Mehdiabad qəsəbəsində torpaqların sürətlə bahalaşmasına və investorların bura maraq göstərməsinə yol açıb.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












