Verilişi bağlanan aparıcılar indi bu işlərlə məşğuldurlar

Bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızı, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Nəbioğlu və Tarix Əliyevin (Tolik) verilişinin yayımı dayandırılıb.
Avtosfer.az xəbər verir ki, hazırda televiziyadakı fəaliyyətlərinə son qoyulan aparıcılar sosial şəbəkə paylaşımları ilə diqqət mərkəzindədir.
“Səni axtarıram” layihəsinin yaradıcısı olan Xoşqədəm Hidayətqızı sosial şəbəkədə aktiv paylaşımlar edir. O, daha çox proqramı yayımlanan zaman orada yer alan həkimləri paylaşır. Aparıcı həkimlərin reklamlarını hekayə bölümündə etməklə məşğuldur.
“Bizimləsən” proqramından sonra Zaur Baxşəliyev də sosial şəbəkədəki fəaliyyəti ilə gündəmdədir. O, şirkətlərlə reklam əməkdaşlığını nümayiş etdirir.
Aparıcı Elgiz Əkbər isə “Elgizlə izlə” proqramından sonra sosial şəbəkə paylaşımlarını da dayandırıb. Aparıcı yalnız bir dəfə öz fotosunu yayımlayıb.
Aparıcı Zaur Kamal “Həmin Zaur” bir neçə gündür gəzinti görüntülərini yayımlayır. Aparıcı hazırda işi ilə bağlı heç bir paylaşım etmir.
Aparıcı Tarix Əliyev isə daha çox şəxsi paylaşımları ilə gündəmdədir. Tolik bacısının xeyir işi, qızının ad günü məclislərindən görüntülərlə sosial şəbəkədə gündəmə gəlib.
Aparıcı Zaur Nəbioğlu isə “Rəngarəng” proqramından sonra sosial şəbəkədə paylaşımlarını da dayandırıb. /Axşam.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












