Yağış avtomobillərə necə ziyan vurur? - 10 min manatlıq risk - USTA DANIŞDI

Ötən günlərdə ölkənin bir sıra ərazilərinə yağan yağışlar ciddi problemlər yaradıb. İntensiv yağışlar yağdıqdan sonra əsas aktuallaşan məsələlərdən biri suyun avtomobillərə necə təsir göstərməsi məsələsidir.
Maraqlıdır, yağış yağması ilə gölməçə yaranan yerlərdən keçən avtomobillərə hansı ziyanlar dəyir?
Avtosfer.az xəbər verir ki, redaktor.az-a danışan avtomobil ustası Sahil Ağabəyli sualımızı cavablandırarkən qeyd etdi ki, güclü və aramsız yağışlar zamanı avtomobillərdən mümkün qədər istifadə etməmək tövsiyə olunur.

Onun sözlərinə görə, avtomobillər yağışlı havalarda həddindən çox zərər görür:
"Əsas problem odur ki, gölməçələrin çox olduğu ərazilərdən keçəndə avtomobillərin mühərrikinə su dolur. Mühərrikə dolan su porşen başlıqlarına sovrulur. Belə olduqda mühərrik sıradan çıxır. Avtomobilin markasına uyğun olaraq, sıradan çıxmış mühərrikin bərpası 1000 manatdan 10 min manata qədər dəyişir".
Müsahibimiz vurğuladı ki, elektromobil və hibrid avtomobilləri də yağışlı havalarda ehtiyatla idarə etmək lazımdır:
"Çünki onların batareyaları avtomobilin altında yerləşir. Zədələnən batareyanı isə sürücü hiss edə bilmir. Belə olduqda, bir damla suyun batareyaya nüfuz etməsi faciə ilə nəticələnə bilər. Bu baxımdan iri gölməçələr olan yerlərdə bu günlərdə avtomobil idarə etməmək, ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












