"Yol bərbad gündədir" - Sakinlər çətin vəziyyətdə - VİDEO

Şamaxının mərkəzi küçələrindən biri hesab olunan Səttar Bəhlulzadə küçəsinin sakinləri yol problemindən əziyyət çəkirlər. Avtosfer.az-ın məlumatına görə, problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, sel suları və intensiv yağan leysan yağışları küçənin infrastrukturunu tamamilə sıradan çıxarıb. "Burada iki dəfə yıxılmışam, ayağım və qolum sınıb. Küçə o qədər bərbaddır ki, təcili yardım avtomobilləri buraya girə bilmir. Hətta evə un alanda cavanlara yalvarırıq ki, daşımağa kömək etsinlər. Çörək almağa belə gedə bilmirəm. Bu şəraitdə yaşamaq mümkün deyil", - deyə vətəndaşlardan biri narazılığını ifadə edib.
Şəhərin Cəlil Məmmədquluzadə küçəsində də vəziyyət ürəkaçan deyil. Sözügedən küçədə asfalt örtüyünün olmaması sakinlərin hərəkətini məhdudlaşdırır və ciddi çətinliklərə yol açır.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhərdaxili avtomobil yollarının asfaltlanması işləri mərhələli şəkildə həyata keçirilir: "Artıq küçələrin asfaltlanmasına başlanılıb və bu istiqamətdə işlər davam etdiriləcək".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












