Zabrat yollarından şikayət: "Maşınlar küçəyə girməkdən imtina edirlər" - VİDEO

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan sakinlər yolların keçilməz vəziyyətdə olmasından şikayətçi olublar. Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a müraciət daxil olub.
Qeyd edilib ki, qəsəbə ərazisində olan 307 nömrəli məktəbə gedən, "Dağüstü" deyilən ərazidə, yolların vəziyyəti çox acınacaqlıdır.
"Uşaqları məktəbə apara bilmirik. Məhəlləmizə gələn iki yol var, hər ikisi də bir-birindən betər vəziyyətdə. Yağıntı olanda bu yollarla hərəkət olduqca çətin olur. Axar sular hamısı yığılır küçəyə. Maşınlar belə bu küçəyə girməkdən imtina edirlər, çünki o qədər çala-çuxur var ki, maşın dağılır. Bu ərazidə bu qədər sakin yaşayır, amma yollara bir əncam edən yoxdur. Bundan əlavə, qəsəbə ərazisində sahibsiz itlər də ciddi problem yaradır. Xüsusən günün qaranlıq saatlarında rahat hərəkət etmək mümkün deyil", - deyə müraciətdə bildirilib.
Sabunçu Rayon İcra Hakimiyyətindən məsələyə aydınlıq gətirilib.
"Zabrat qəsəbəsinin Aşıq Ələsgər və Murad Mirzəyev küçələrində yolların təmir edilməsi ilə bağlı sakinlərin müraciətinə əsasən bildiririk ki, Aşıq Ələsgər küçəsində ötən ilin yay aylarında su xəttinin çəkilməsi ilə əlaqədar yolun kənarında qazıntı işləri aparılıb, sonradan həmin hissədə asfalt örtüyü bərpa edilib. Murad Mirzəyev küçəsində isə, ümumiyyətlə, asfalt örtüyü olmayıb. Məlumat üçün nəzərinizə çatdırırıq ki, qəsəbədaxili yolların asfaltlanması aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Murad Mirzəyev və Aşıq Ələsgər küçələrində də yolların asfaltlanması ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub. Eyni zamanda, sakinlərin sahibsiz heyvanlarla bağlı şikayətinə əsasən, icra hakimiyyəti tərəfindən Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə məlumat verilib", - deyə məlumatda qeyd olunub.
AZZA-nın tortundan görün nə çıxdı - VİDEO
Kəlbəcərdə nəhəng ilan aşkarlandı - VİDEO
Hirkan Milli Parkında xoşagəlməz görüntülər - VİDEO
Binəqədidə sakinlərin canını boğaza yığan yollar - VİDEO
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
“Uşaqlar məktəbə 2 saat gec getsin” - Çevik rejimdə bu mümkündürmü?
Kommunal ödənişlərdən kimlər azad oluna bilər? - VACİB AÇIQLAMA
Sabah bu ərazilərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bina sakinlərinin bitməyən dərdləri - Həyət evində bunlar yoxdur
Tıxacların uzunluğu rekord həddə çatdı - Fransada yandırıcı istilər
Bakıda kuryerlərin əsas problemi; sifariş çatdırmalıdırlar, lakin… - VİDEO










