Azərbaycanda İKT sahəsində 4 yeni dövlət standartı təsdiq edilib

Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində enerji səmərəliliyi üzrə 4 dövlət standartı (AZS ETSI ES 203 228:2025 / AZS ETSI ES 203 475:2025 / AZS ETSI ES 203 700:2025 / AZS ETSI ES 202 706-1:2025) təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Bildirilir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilən yeni dövlət standartları İKT sahəsində enerji səmərəliliyinin artırılması, 5G və mobil şəbəkələrdə enerji istehlakının optimallaşdırılması, həmçinin simsiz giriş avadanlıqlarının enerji effektivliyinin qiymətləndirilməsi istiqamətində beynəlxalq təcrübəni əks etdirir. Dövlət standartları Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI) yayımladığı standartlar əsasında RİNN-in tərkibində fəaliyyət göstərən Standartlaşdırma üzrə informasiya kommunikasiya texnologiyaları Texniki Komitəsi (TK05) tərəfindən işlənib, hazırlanıb.
İKTA bu standartların tətbiqinin ölkədə rəqəmsal infrastrukturun daha səmərəli, dayanıqlı və müasir beynəlxalq tələblərə uyğun şəkildə inkişafına töhfə verəcəyini, İKT sektorunda enerjidən səmərəli istifadə, dayanıqlılıq, innovasiya və beynəlxalq uyğunluq prinsiplərinin daha geniş tətbiqinə şərait yaradacağını qeyd edir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA








