ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Tədqiqatçılar gündəlik həyatda ChatGPT-dən müntəzəm istifadənin yarada biləcəyi mümkün risklə bağlı xəbərdarlıq ediblər. Avtosfer.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) alimlərinin apardıqları araşdırma göstərib ki, ChatGPT və digər süni intellekt əsaslı çat-botlar istifadəçilərə məlumatları daha sürətlə təhlil etməyə kömək etsə də, onların müstəqil analiz bacarıqlarına da təsir göstərə bilər. Təcrübə zamanı iştirakçılar müxtəlif xəbər mətnlərinin və şəkillərin etibarlılığını qiymətləndiriblər. ChatGPT-dən istifadə edənlər dezinformasiyanın əlamətlərini daha tez müəyyən edib və saxta xəbərləri təkbaşına işləyən iştirakçılarla müqayisədə daha yüksək dəqiqliklə aşkar ediblər. Lakin bir neçə həftə sonra tədqiqatçılar fərqli mənzərə ilə qarşılaşıblar. İştirakçılardan eyni tip tapşırıqları bu dəfə ChatGPT-nin köməyi olmadan yerinə yetirmələri istənildikdə, onların nəticələri eksperimentin əvvəlindəki göstəricilərdən daha zəif olub. Alimlərin fikrincə, bu, süni intellektə həddindən artıq güvənməyin tənqidi düşünmə bacarıqlarının tədricən zəifləməsinə səbəb ola biləcəyini göstərir. Araşdırma müəllifləri hesab edirlər ki, bunun əsas səbəbi ChatGPT-nin istifadəçilərə çox vaxt hazır cavablar və nəticələr təqdim etməsidir. Nəticədə insanlar məlumatı özləri təhlil etməyə, müxtəlif mənbələri müqayisə etməyə və faktları yoxlamağa daha az ehtiyac duyurlar.
Mütəxəssislər vurğulayırlar ki, ChatGPT məlumat axtarışı, dezinformasiyanın aşkarlanması və gündəlik işlərin asanlaşdırılması üçün faydalı vasitədir. Bununla belə, o, insanın müstəqil düşüncəsini, məntiqi analizini və faktların yoxlanılmasını əvəz etməməlidir. Araşdırma müəlliflərinin fikrincə, gələcəkdə ChatGPT və digər süni intellekt sistemləri hazırlanarkən istifadəçilərin analitik düşünmə bacarıqlarının qorunması və inkişaf etdirilməsi xüsusilə təhsil sahəsində əsas prioritetlərdən biri olmalıdır. (lent.az)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










