Vatsapda mesajları tərcümə etmək olacaq

Vatsap istifadəçiləri üçün dil maneələrini aradan qaldıran yeni mesaj tərcüməsi funksiyasını təqdim edib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, proqram istifadəçiləri üçün mesajları dərhal müxtəlif dillərə tərcümə etməyə imkan verən yeni funksiyanı tədricən yaymağa başlayıb. Bunun üçün mesajın üzərinə basılı saxlamalı və görünən menyudan “Tərcümə et”i seçmək lazımdır. Android istifadəçilərinə bütün söhbət üçün avtomatik tərcüməni aktivləşdirmək imkanı da təklif olunur. Tərcümə cihazda həyata keçirildiyi üçün istifadəçi məxfiliyi qorunur və funksiya dil paketlərini endirdikdən sonra daha sürətli işləyir. Yeni funksiya təkcə fərdi söhbətlərdə deyil, həm qrup söhbətlərində, həm də kanal yeniləmələrində əlçatan olacaq. Bu funksiya ilə vatsap daha geniş kommunikasiya şəbəkəsi qurmağı hədəfləyir. İlkin olaraq, türk dili də daxil olmaqla, geniş dil siyahısı iOS-da dəstəklənir, hazırda “Android”də daha məhdud sayda dillər mövcuddur. Məlumata görə, funksiyaya tezliklə daha çox dil əlavə ediləcək.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











