Wi-Fi siqnalları ilə insanları tanıyan texnologiya yaradıldı

ABŞ və Almaniyadan olan alimlər adi Wi-Fi siqnalları vasitəsilə insanların kimliyini müəyyən etməyin mümkün olduğunu açıqlayıblar. Avtosfer.az "Redaktor.az"a istinadən xəbər verir ki, araşdırma texnologiya və məxfilik sahəsində geniş müzakirələrə səbəb olub. Xarici mediada yayılan məlumata görə, tədqiqatçılar insan bədəninin Wi-Fi siqnallarına fərqli təsir göstərdiyini müəyyən ediblər. Hazırlanan sistem həmin dəyişiklikləri analiz edərək şəxsləri yüksək dəqiqliklə ayırd edə bilir. Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə təhlükəsizlik sistemlərində, ağıllı evlərdə və şəxsi identifikasiya sahəsində istifadə oluna bilər. Bununla yanaşı, araşdırma məxfiliklə bağlı narahatlıqları da artırıb. Ekspertlər xəbərdarlıq edirlər ki, belə texnologiyalar insanların xəbəri olmadan izlənilməsi riskini yarada bilər. Tədqiqat müəllifləri isə qeyd edirlər ki, sistem hazırda eksperimental mərhələdədir və onun istifadəsi üçün ciddi etik və hüquqi qaydalar tələb olunur.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










