Lüis Hemilton 2019-cu ilin ən yaxşı və pis Qran-prilərini açıqlayıb

"Mercedes" komandasında çıxış edən "Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton 2019-cu ilin ən yaxşı və pis yarışlarını açıqlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, britaniyalı pilot Monako Qran-prisini az bəyəndiyini bildirib. Hemilton buna baxmayaraq Almaniyadakı yarışın ən pis turnir olduğunu vurğulayıb. Son dünya çempionu Meksika və İngiltərədəki yarışların yaxşı, Fransadakı Qran-prinin isə möhtəşəm olduğunu sözlərinə əlavə edib: "Amma hər yarışı xatırlamıram. Braziliyada çox yaxşı deyildi, amma düşünürəm ki, yaxşıları vurğulamaq, mənfi cəhətlərə isə diqqət etməmək lazımdır. Biz komandanın işi ilə fəxr edə bilərik və çalışmağa davam edirik. Növbəti ildə daha uğurlu olmağa çalışacağıq. Amma bu asan olmayacaq".
Qeyd edək ki, Lüis Hemilton 2019-cu il mövsümündə 21 Qran-prinin 11-dən qalib ayrılıb və ardıcıl 3-cü il dünya çempionu olub.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












