"Ayıq sürücü" qaydanı pozursa, CƏRİMƏ KİMƏ YAZILIR? - AÇIQLAMA

Azərbaycanda təxminən 10 ilə yaxındır "ayıq sürücü” xidməti fəaliyyət göstərir. Bu xidmət spirtli içki qəbul etdikdən sonra şəxsi avtomobil sahiblərinin təhlükəsiz şəkildə mənzillərinə qayıtmaları üçün istifadə olunur. "Ayıq sürücü"lər müştərilərin avtomobilini idarə edərək yol qəzası riskini minimuma endirir. Nəqliyyat vasitəsinin sahibi "ayıq sürücü"nün yanında əyləşdiyi zaman artıq ona şifahi etibarnamə verdiyindən "ayıq sürücü"nün nəqliyyat vasitəsini idarə etmək hüququ var. Ancaq bəzi hallarda "ayıq sürücü"nün yol hərəkəti qaydalarını pozmasının şahidi oluruq.
Belə olan halda məsuliyyəti kim daşıyır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Modern.az"a danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, hazırda bu mövzu müzakirə predmetidir:
“Bu zaman tərtib edilən protokol avtomatik olaraq qeydiyat şəhadətnaməsində adı qeyd olunan fərdi, yaxud hüquqi şəxsin adına gəlir. Yaxud da avtomobil sahibi tərəfindən kiməsə etibarnamə verilibsə, protokol həmin şəxsin adına göndərilir. Bir sözlə "ayıq sürücü" sükan arxasında qayda pozduqda cərimə ona yox, nəqliyyat vasitəsinin sahibinə yaxud etibarnamə verilən şəxsə yönəldilir”.
Ekspert bildirib ki, belə halları sistem üzərindən isbat etmək çox çətindir:
“Qanunda bununla bağlı boşluq var, onu aradan qaldırmaq üçün dəyilşikliklər aparılmalıdır, əfsuslar olsun ki, aparılmır. İnzibati xətanı kənara qoyaq, qəza baş verdikdə kimin məsuliyyət daşıması da sual altındadır. Qanundakı boşluq səbəbilə ayıq sürücünün məsuliyyətədn boyun qaçırmaq ehtimalı çox yüksəkldir”.
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR












