“Bağırov körpüsü” niyə leysan zamanı keçilməz dənizə dönür? - “Əsas sirr, məncə, bundadır!”

“Layihələr çox gözəl və yüksək səviyyədə işlənilib. Əsas problem onları həyata keçirilməsi zamanı baş verir. Elə layihələr var ki, bəzi hissələri həyata keçirilmir. Layihələr sadələşdirilir. Tikinti zamanı nəzarət olmur. Təəssüf ki, həm də korrupsiya faktları ilə rastlaşırıq”.
Avtosfer.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a tanınmış memar, professor Elçin Əliyev deyib.
O bildirib ki, bu məsələdə ən böyük problem korrupsiya ilə bağlıdır:
“İş orasındadır ki, bütün bu körpülər və digər infrastruktur layihələri hazırlanarkən ona yüksək səviyyəli mütəxəssislər nəzarət edir. Dövlət Tikinti və Arxitektura Komitəsi layihəni təsdiq etmək üçün bir mərhələdən keçirib, Fövqəladə Hallar Nazirliyinin baxışına verir. Əsas problem onları həyata keçirilməsi zamanı baş verir. Elə layihələr var ki, bəzi hissələri həyata keçirilmir. Layihələr sadələşdirilir. Tikinti zamanı nəzarət olmur.
Təəssüf ki, həm də korrupsiya faktları ilə rastlaşırıq. Son nəticə aprelin 16-da leysan zamanı əyani göründü”.
E. Əliyev qeyd edib ki, bir çox infrastruktur layihələri icra prosesində dəyişdirilir:
“Məsələn, "Bağırov körpüsü" təxminən 10 il əvvəl öz həndəsi nəzərdən tamamilə dəyişdirdilər. Yol 1-2 metr aşağı salınıb. Hətta hava limanı istiqamətində yolu uzadıblar. Layihə tamamilə dəyişdirilib. Mənə maraqlıdır, indiyə kimi niyə bilmirik bu işi hansı şirkət görüb?
Hamımız narazılıq bildiririk, amma heç birimiz sual vermirik ki, hansı şirkət bu işləri həyata keçirib? Kimdi onun sahibi? Kimdir layihənin memarı? Problem buradadır, yəni korrupsiyada.
Bilirəm ki, o layihələrin hamısı çox gözəl layihələndirilmişdi və dövlət orqanlarında təsdiqlənmişdi. Amma onları həyata keçirən zaman layihələr dəyişdirilib. Məsələn, dəfələrlə yol ayrıclarında olan piyadalar üçün yerüstü keçidlər ləğv olunub. Amma büdcədən layihəyə lazım olan qədər ayrılıb. Lakin biz sonra görürük ki, layihə yarımçıq həyata keçirilib. Əsas sirr, məncə, bundadır”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










