Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO

Bakıda son vaxtlar tətbiq edilən yeni yol hərəkəti təşkilatı elementləri sürücülər arasında narazılığa səbəb olub. Xüsusilə avtobus və velosiped zolaqları ilə bağlı bəzi nişan və nişanlama xətlərinin sürücülər üçün əlavə çətinliklər yaratdığı bildirilir. Avtosfer.az "redaktor.az"a istinadən xəbər verir ki, məsələ ilə bağlı sürücülük təlimçisi Azər Quliyev öz sosial şəbəkə hesabında paylaşım edərək paytaxtın bəzi küçələrində tətbiq olunan yol hərəkətinin təşkili qaydalarının sürücüləri çıxılmaz vəziyyətdə qoyduğunu iddia edib.
Onun sözlərinə görə, bəzi ərazilərdə dayanma-durma qadağaları, velosiped zolaqları, yolayrıclarına yaxın məsafədə saxlanma məhdudiyyətləri və xüsusi minib-düşmə məntəqələrinin yerləşdirilməsi sürücülərin sərnişin mindirib-düşürməsi zamanı problemlər yaradır. Təlimçi qeyd edib ki, mövcud nişanlama və nişanların yerləşdirilməsi sürücülərin həmin məntəqələrə vaxtında və təhlükəsiz şəkildə daxil olmasına imkan vermir.
A.Quliyev çəkiliş etdiyi Rəşid Behbudov küçəsindəki minib-düşmə yerində sürücülərin avtomobil saxlaya bilmədiklərini göstərib:
"Bəzi hallarda sürücülər sərnişin mindirib-düşürmək üçün nəzərdə tutulmuş xüsusi sahələrə daxil ola bilmədiklərindən avtomobilləri yolun hərəkət hissəsində saxlamağa məcbur olurlar. Bu isə həm yol hərəkətinin axıcılığına mane olur, həm də qəza riskini artırır. Belə məntəqələrin yerləşdirilməsi zamanı sürücülərin həmin ərazilərə rahat daxil olması üçün əvvəlcədən qırıq nişanlama xətləri çəkilməli və uyğun infrastruktur yaradılmalıdır".
Təlimçinin sözlərinə görə, əgər qeyd olunan minib-düşmə məntəqəsinə hər hansı bir avtomobil qırıq xətti tapdalayıb avtobus zolağına keçərsə, 40 manat cərimə oluna bilər.
O, həmçinin bəzi yol nişanlarının ağac və ya digər maneələr səbəbindən kifayət qədər görünmədiyini vurğulayıb.
"Sürücülərin yol hərəkəti qaydalarına əməl etməsi üçün nişan və nişanlama vasitələri daha aydın və əlçatan formada təşkil olunmalıdır", - deyə təlimçi çəkdiyi videoda bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, sözügedən ərazidə sürücü sərnişinlərin minməsi və düşməsi üçün velosiped zolağından sonrakı zolaqda dayanmalıdır:
"Minmə-düşmə zonası eyni vaxtda 2 avtomobilin yerləşməsinə imkan verir. Quraşdırılmış nişanlar və tətbiq edilmiş nişanlama Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun tələblərinə tam uyğundur".
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?










