İnsanlara hücum edən ac, sahibsiz itlər: Problemi necə həll etmək olar?

Son vaxtlar insanların, xüsusilə uşaqların sahibsiz itlərin hücumuna məruz qalması kimi hadisələrin sayı çoxalmaqdadır. Hətta bəzən oxşar hadisələr şəhərin bir neçə mərkəzi hissəsində baş verir.
Məsələn, Sumqayıtda bir gündə doqquz uşaq itlərin azğın hücumuna uğrayıb. Hadisə şəhərin 12-ci mikrorayon ərazisində baş verib. İtlər eyni bağçadan ayrı-ayrı vaxtlarda çıxan doqquz uşağa hücum edib. Amma küçə itləri ilə bağlı problem hələ də həllini tapmır. İtlər hücum edir, nəticədə insanlar quduzluğa yoluxur və həyatlarını itirir.
Bəs, sahibsiz itlərlə necə mübarizə aparmaq olar?
Avtosfer.az-ın məlumatına görə, Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, tədbir görülməsə, bu hadisələrin sayı çoxalacaq:
"İtlərin sayı çoxalır. Günün günorta vaxtı evdən çıxmaq olmur. Bəzən itlər küçədə gedən maşınların üstünə hücum edir. Adamlar bəzən gecə işdən gəlir, evlərinə gedə bilmir. Necə getsinlər? Küçə itləri həmişə ac olur, ona görə də insanlara cumurlar. Uşaqlar qorxur, bəzən qaçırlar, bəzən də onlara daş atırlar. İt də bunu görüb uşağın ardınca qaçır. İti daşlamaq olmaz. Bu məsələ heç cür həllini tapmır".
Leyla Əlizadə hesab edir ki, küçə itlərinə qarşı mübarizənin bir yolu var:
"İtlər artmasın deyə qısırlaşdırılmalıdır. Belə olarsa, onların sayı azalacaq. Baxın, bizdə görün nə qədər sahibsiz heyvanlarla bağlı sığınacaqlar var. İndi evdə də heyvan saxlamaq çətindir. Yeməklər bahalaşır. Onların arasında xəstə olanları da var. Müalicə xərc tələb edir. Əməliyyatlar da dövlət hesabına aparılmalıdır. İnsanlar bu əməliyyatı edə bilmir, çünki bahalıdır. 10 il bundan əvvəl Niderlanddan iki baytar həkim gəlmişdi. Onlar iki həftə ərzində 400-dən çox heyvanı əməliyyat və müalicə etdilər. Bunlar ödənişsiz başa gəldi. İndi bu layihələrin sayı çoxalmalıdır. Yəni, belə olmasa, o itlərin əlindən küçədə getmək olmayacaq".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










