Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA

Qəzalarının ekspertizası zamanı müəyyən olur ki, bəzən piyadalar yolun ortasında dayanır, yaxud içkili vəziyyətdə asfalta uzanır, nəticədə də yol-nəqliyyat hadisələri qaçılmaz hal alır. Belə hallarda hadisənin səbəbləri və məsuliyyətin kimdə olduğu tez-tez mübahisə mövzusuna çevrilir.
Yolun ortasında dayanan və ya uzanan şəxs maşınla vurulursa, məsuliyyət kimdədir? Sürücü günahkardır, yoxsa piyada?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, belə halda, ümumiyyətlə sürücüyə qarşı cinayət işi açılmır, hadisə ilə bağlı cinayət işi açılır, araşdırılır ki, orada sürücünün günahı nə dərəcədədir, ölənin günahı nə dərəcədə:

“Bu məsələ bu formada tənzimlənməlidir, belə araşdırılmalıdır və ona uyğun qərar verilməlidir. Ola bilər ki, aşkar bir şəraitdir, işıqlandırılmış yoldur, sürücü qarşıda maneə olduğunu görə-görə gəlib onun üstündən keçirir.
İctimai nəqliyyat və avtobus zolaqları şəhər nəqliyyatı üçün niyə önəmlidir? – TƏHLİL - FOTO
Bu halda, təbii ki, sürücü məsuliyyət daşıyacaq. Amma yox, əgər müəyyənləşdirilsə ki, görüntü məhdudiyyəti olub, sürücü o məsafədə onu görə bilməzdi, qaranlıq şəraitidir, bu situasiyalar araşdırılsa, məlum olsa ki, burada sürücünün hər hansı bir səhvi, günahı yoxdur, günahın hamısı öləndədir, o zaman sürücü məsuliyyətdən azad olunur, cinayət işinə xitam verilir. Yəni adam gəlib özü də sərxoş halda uzanıb yolun ortasına, maşın da gəlib üstündən keçib, lap da yaxşı edib. Amma son vaxtlar Azərbaycanda o qədər pis bir təcrübə formalaşıb ki, piyada yolun kənarında uzanıb, öləndə də sürücüyə cinayət işi açırlar. Baxırsınız, heç maşına da dəyməyib, yolun qırağında yıxılıb, xəsarət alıb, başı əzilib, hansısa sürücüyə cinayət işi açırlar. Biyabırçılıqdır. Biz bu məsələlərin üzərinə gedirik ki, belə şeylər olmasın".
Elməddin Muradlı qeyd edib ki, bu hallarda piyadalar vəziyyətdən sui-istifadə edir: “Belə olanda da piyadan əli-qolu açılır, gəlir uzanır yolun ortasına ki, maşın vursa sürücü günahkardır. Belə hadisələrin baş verməsinə görə pis nümunə yaranır. Sürücü hər dəfə günahkar ola bilməz. Bu hadisədə də, mən düşünürəm ki, ədalətli yanaşma olmalıdır, düzgün araşdırma aparılmalıdır və obyektiv qərar verilməlidir”.
Eltac Zülfüqaroğlu
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Ölkəmizə qarşı vahid mərkəzdən idarəolunan, hazırlanan informasiya təxribarı həyata keçirilir
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Kreditə zamin duranlar üçün tələ
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...
Online sürücülük vəsiqəsi veriləcək?













