Dəhşətli bürkü maşını əritdi - VİDEO

Bürkülər, istilər bəzən inanılmaz təsir bağışlaya biləcək hadisələrə səbəb olur. Britaniya vətəndaşı Con Uestbruk da gördüklərindən şoka düşüb. Çünki bürkülü hava və Günəş şüaları onun maşınını əritmişdi. Milli.az Daily Mail-ə istinadən bildirir ki, İtaliyanın şimalındakı kiçik sahil şəhəri olan Kaorledə ailəsi ilə birlikdə istirahət edən Con Uestbrukun Renault Megane markalı avtomobili şəhərin mərkəzi küçələrindən birində idi. Hava da +43 dərəcə isti idi.
İngiltərənin Kent qraflığındakı Folkston şəhərinin sakini olan 48 yaşlı Con Uestbrukun dediyinə görə, gün altında qalmış maşın sanki sobadakı təki əriyib.
“Başıma gələnlərdən çıxardığım nəticələrdən biri də odur ki, Fransada istehsal olunmuş avtomobillərə güvənməyə dəyməz”, – Con gülərək söyləyib.
Onun sözlərinə görə, şəhərdə əsl boğanaqdır. Oteldən çıxanda özünü sobaya düşmüş adam kimi hiss etdiyini deyən Con sabah vətənə dönəcəklərini bildirib.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











