Banner

ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi

Xəbərlər 14 Noyabr 2026 13:32
ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi
WhatsApp kanalımıza abunə olun

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə üzrə bütün hava limanlarında uçuşların dayandırılması barədə tətbiq etdiyi qərarı dörd saatdan çox müddətdən sonra ləğv edib.

Avtosfer.az xəbər verir ki, FAA təhlükəsizlik səbəbləri və fövqəladə hallar ilə əlaqədar ölkə ərazisində bütün hava limanlarından təyyarələrin havaya qalxmasını müvəqqəti dayandırmışdı.

Qurumun yaydığı ilkin xəbərdarlıqda bütün uçuşların növbəti bildirişədək dayandırılması, xaricdən ABŞ-a gələn beynəlxalq reyslərlə bağlı qərarların isə fərdi qaydada qəbul edilməsi nəzərdə tutulurdu.

 

Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh