İrana hücumun vaxtı açıqlandı – Şiddətli müharibə BAŞLAYIR

İraq mediasının yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı noyabrın 7-dən 11-dək genişmiqyaslı hərbi hücumun baş verə biləcəyi barədə İraq rəhbərliyini məlumatlandırıb.
Avtosfer.az xəbər verir ki, “Əl-Maluma” telekanalı yüksəkvəzifəli mənbəyə istinadən bu məlumatın Tramp ilə İraqın baş naziri arasında telefon danışığı zamanı çatdırıldığını bildirib.
Məlumata əsasən, ABŞ Prezidenti mümkün hərbi əməliyyatlar zamanı İraqdakı silahlı qruplaşmaların fəaliyyəti və ABŞ ilə İsrail döyüş təyyarələrinin İraqın hava məkanından istifadə etməsi ehtimalı barədə də danışıb.
Bildirilir ki, İraq hökuməti noyabrın 7-dən 11-dək ölkənin hava məkanını bağlamaq və aviareyslərə məhdudiyyət tətbiq etmək barədə qərar qəbul edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin də vətəndaşlarına İrana səfərlərdən çəkinməyi, artıq bu ölkədə olanlara isə oranı tərk etməyi tövsiyə etdiyi bildirilir.
Yayılan məlumatlarda ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlaşdığı qeyd olunur./nocomment.az
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA












