Avtomobil bazarında yeni böhran: Sintetik yağlara limit qoyuldu

"Nissan" və "Toyota" şirkətləri sintetik mühərrik yağlarının tədarükünə limit tətbiq etməyə və dilerlərə göndərilən həcmləri azaltmağa başlayıblar.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, sürtkü materialları böhranı günü-gündən daha da kəskinləşir.
Avtomobil istehsalçılarının xüsusi tələblərinə uyğun hazırlanan "5W-30" və "0W-20" yağlarının tədarükü "Nissan" tərəfindən normalaşdırılır. Son bir həftə ərzində "5W-30" yağının tədarükü ötən illə müqayisədə 70%-ə, "0W-20" yağının tədarükü isə 55%-ə qədər azalıb.
"Toyota" isə öz dilerlərinə "0W-8" və "0W-16" yağlarının ehtimal olunan qıtlığı barədə xəbərdarlıq edib. Nəticədə dilerlərə alternativ variantlar tapmaq tövsiyə olunub.
Xəbərdə bildirilir ki, sintetik yağların istehsalında istifadə edilən III qrup baza yağlarının təxminən yarısı ABŞ-yə idxal olunur.
Müstəqil Sürtkü Materialları İstehsalçıları Assosiasiyası iyun ayına qədər ABŞ-yə Fars körfəzi regionundan gələn III qrup baza yağlarının tükənəcəyini proqnozlaşdırır.
Assosiasiyanın ehtimalına görə, Yaxın Şərqdəki münaqişənin səbəb olduğu bu kəsir 2027-ci ilin ortalarına qədər davam edə bilər.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












