Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar.
Avtosfer.az Demokrat.az-a istinadla xəbər verir ki, Azərbaycanda gecə saatlarında qonşuların dincliyini pozan şəxslər inzibati məsuliyyətə cəlb edilə bilərlər. Bir çoxlarının diqqətindən yayınan bu qayda mənzillərdə, yaşayış evlərinin həyətlərində və ictimai yerlərdə səs-küy salmağa aiddir.
İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saat 00:00-dan səhər 07:00-dək ucadan mahnı oxumaq, musiqi alətlərində yüksək səslə ifa etmək, televizor, radio və digər səs cihazlarını gur səslə işlətmək qadağandır.
Qanunun tələblərini pozan fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000 manatdan 2 500 manatadək cərimə edilə bilərlər.
Qeyd edək ki, bu qayda yalnız mənzillərə deyil, yaşayış evlərinin girişlərinə, həyətlərə, küçələrə, istirahət və digər ictimai yerlərə də şamil olunur.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












