Azərbaycan SSR-dən miras qalmış qovaq problemi - FOTO

Qovaq ağacının çiçəklədiyi vaxt çox adamda allergeya yaradır. Üstəgəl, çiçəklərin tozu avtomobillər üçün də problemlər ortaya çıxır ki, bu barədə saytımızda ətraflı məlumat verilib. Bəs qovaq nə üçün problem yaradır?
Avtosfer.az xəbər verir ki, SSRİ-də qovaq ağacından yaşıllaşdırmada istifadə 30-cu illərdən başlayıb. Lakin bu istifadə çox da geniş tətbiq tapmadan müharibə başlayıb və məsələ yaddan çıxıb.
40-cı illərin sonunda məsələ yenidən aktuallaşır. Çünki müharibədən çıxmış ölkədə ekologiya da pisləşmişdi. Minlərlə yaşayış məntəqəsini təcili yaşıllaşdırmaq lazım gəlirdi.
Bu dəfə də sovet bioloqları qovaq ağacı əkməyi tövsiyə etdilər. Onların fikrincə, qovaq çox sürətlə böyüyür, böyük həcmdə oksigen verir, rütubət yaradır, qulluq tələb etmir.
Yeni salınan və bərpa olunan şəhərlərdə qovaq ağacları zavod və avtomobil tüstülərini də udacaq.
Obyektivlik naminə deyək ki, alimlər bir məsələni də qeyd etmişdilər: şəhərlərdə yalnız erkək qovaq ağacları əkilsin ki, əlavə zibil yaranmasın, allergeya halları artmasın. 30-cu illərin təcrübəsi artıq özünü göstərirdi.
Lakin elm adamlarını dinləyən olmadı. JEK-lər, yol idarələri, kolxozlar və digər qurumlar planı yerinə yetirmək xatirinə ağına-bozuna baxmadan hər yerə ağac doldurdular.
Bir neçə ildən sonra fəsadlar özünü göstərdi: sovet şəhərlərində yaşayan insanlarda kütləvi allergeya başladı. Bu dəfə ağacları kəsmək barədə göstəriş verilsə də, tapşırığa ciddi əməl olunmadı. Artıq Xruşov “mülayimləşmə”si (ottepel) başlamışdı.
Əslində qovaq ağacının buraxdığı pambıq allergen deyil. Sadəcə olaraq, bu pambıq ətrafdakı bütün tozu, zərərli maddələri özündə toplayır. Belə bir pambıq insana təmas etdikdə isə narahatlıq yaradır. Misal üçün, kənd yerlərində, ekoloji təmiz ərazilərdə bitən qovaq heç kimdə narahatlıq yaratmır.

Qovaq ağacının güclü kök sistemi şəhərdə tikililərə, yol örtüyünə və kalanizasiya xətlərinə ciddi ziyan verə bilir. Həm də Bakı kimi şəhərdə 60-70 yaşlı qovaq ağacının aşma ehtimalı çox böyükdür. Buna görə də, yaşıllaşdırmada tədricən digər ağaclara keçid zəruridir.
O ki qaldı şəhərdən uzaqda, yol boyunca qovaq ağaclarının əkilməsinə, bunu yalnız təqdir etmək olar. Lakin, ağac yoldan aralı əkilməlidir ki, 10-15 il sonra onu kəsmək və ya budamaq zərurəti yaranmasın. Ya da güclü külək zamanı ağac aşıb yolu bağlamasın. 1 hektar ərazidə salınmış qovaq meşəsi 15-20 ildən sonra 1 kilometrdən böyük radiusda məhsuldarlığa müsbət təsir edəcək.
Qovaq ağacı ilə bağlı daha bir maraqlı xəbəri aşağıdakı linkdən əldə edə bilərsiniz:
Vüqar
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










