Neçə saat yatmaq təhlükəlidir? - Ölümcül xəstəliklərə yol açır

Alimlər yuxu müddəti ilə ürək-damar və metabolik xəstəliklərin yaranma riski arasında əlaqə aşkar ediblər.
Avtosfer.az xəbər verir ki, “Sleep Medicine” jurnalı genişmiqyaslı bir tədqiqatın nəticələrini dərc edib.
Həmin tədqiqatda alimlər "China Kadoorie Biobank" iştirakçılarının məlumatlarını təhlil ediblər. Müşahidə müddəti təxminən 10 il davam edib.
Tədqiqatçılar gecə ərzində yeddi-doqquz saat yatan şəxslərin məlumatlarını daha az və ya daha çox yatanların göstəriciləri ilə müqayisə ediblər.
Məlum olub ki, yeddi saatdan az və ya doqquz saatdan çox yatmaq ilk kardiometabolik xəstəliyin yaranma riskini 4%, iki və ya daha çox belə xəstəliyin yaranma riskini 10%, istənilən səbəbdən ölüm riskini isə 7% artırır.
Kardiometabolik xəstəliklər miokard infarktı (ürək tutması), insult, diabet, böyrək xəstəliyi və qeyri-alkoqol mənşəli qaraciyər piylənməsi kimi vəziyyətləri əhatə edən bir qrup xəstəlikdir.
Xəstəlik riski ən yüksək səviyyədə yuxu rejimi pozulmuş şəxslərdə, xüsusilə də yuxu müddəti uzun və qısa dövrlər arasında dəyişən insanlarda, müşahidə edilib.
Müəlliflər qeyd edirlər ki, bu əlaqə müxtəlif iştirakçı qrupları üçün özünü doğruldub. Bununla belə, yuxu müddəti özlüyündə həmin xəstəliklərə səbəb olmur: o, bu xəstəliklərin yaranmasına təkan verən amillərdən biri kimi çıxış edir. (modern.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












