Köhnə maşınlar üçün yeni variant: utilizasiya, yoxsa “metallom” toplama?

Müxtəlif ölkələrdə avtomobillərin utilizasiyasına dair maraqlı təcrübələr mövcuddur. Başqa sözlə, məqsəd və prinsip eyni olsa da, hər ölkədə proses fərqlidir. O cümlədən MDB ölkələri içində utilizasiyaya ilk start verənlərdən olan Berlarusda.
Avtosfer.az xəbər verir ki, Belarusda utilizasiya prosesi başladıqda 2 məqsəd vardı: ölkənin metal ehtiyacını ödəyərək idxaldan asılılığı qismən azaltmaq, böyük şəhərləri köhnə texnikadan təmizləmək.
2009-cu ildən başlayan prosesdə avtomobillərin utilizasiyası üçün model, marka və il məhdudiyyəti yoxdur. Proses də sadə qurulub: maşını qəbul məntəqəsinə təhvil ver, çəki hesabı ilə pulunu al, sonra isə nömrə və qeydiyyat şəhadətnaməsini polisə təhvil verib maşını uçotdan çıxar. Yəni 1 maşının təhvili üçün 1 iş günü kifayətdir.
Utilizasiya prosesində “JEK”lər də aktiv iştirak edir. Kommunal təsərrüfat işçiləri həyətdə yatıb qalmış maşın barədə polisə xəbər verir. Bundan sonra maşın xüsusi dayanacağa aparılaraq sahibinə xəbər göndərilir. 3 ay ərzində cavab olmadıqda məhkəmə yolu ilə avtomobil sahibsiz əşya elan edilərək əridilməyə göndərilir. Avtomobil sahibinin ünvanına isə 3 sənəd göndərilir: məhkəmə qərarı, məhkəmə xərcinə dair sənəd və evakuasiya rüsumuna dair sənəd.
Həm inzibati metodlar, həm də nağd pul verilməsi sürücülərdə prosesə maraq oyatdı. Məsələn, 2009-da qəbul edilmiş qanuna görə istismara yaramayan avtomobili küçədə, parkinq yerində və ya avtodayanacaqda saxlamaq olmaz. Qarajı olan şəxslər də məntiqi olaraq oranı lazımsız texnika ilə doldurmaq istəməz.
Prosesin sürətlənməsi üçün 2021-ci ildə qanuna dəyişikliik edildi. Hər texniki baxışda yığılan yol vergisi avtomobil vergisi ilə əvəz edildi. Bununla da istismar edilib-edilməməsindən asılı olmayaraq uçotdakı bütün avtomobillər vergitutma obyekti oldu. Hətta fiziki cəhətdən mövcud olmayanlar da.
Bu qanunun qəbulu ilə Belarusun məlumatlar bazasında avtomobil sayı azaldı. Əlavə xərcə düşməmək üçün insanlar satdıqları və ya doğrayıb metalloma verdikləri maşınları kütləvi şəkildə uçotdan çıxarmağa başladılar. Bununla da avtomobil sayı barədə məlumatlar daha dəqiq oldu.
Bu gün də Belarusda utilizasiya prosesi adi qaydada gedir. Prosesi sürətləndirmək üçün vaxtaşırı qanuna müəyyən düzəlişlər edilir.
Belarusdakı utilizasiya proseduru başqa ölkələrdən asanlığı ilə seçilir. Bu təcrübəni də öyrənməyə dəyər.
Vüqar Yaşaroğlu
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir










