Benzinə daha çox spirt qatılacaq

Rusiyada aylıq benzin qıtlığı 350 min ton, dizel yanacağı qıtlığı 100 min ton təşkil edir. Səbəb hər kəsə məlumdur: sanksiyalar.
Avtosfer.az xəbər verir ki, ölkədə benzin qıtlığını qismən aradan qaldırmaq üçün maraqlı təklif verilib: 95 oktanlı benzinin tərkibinə qatılan spirtin miqdarı artırılsın. Söhbət izobutil spirtindən ((CH3)2CHCH2OH) gedir.
Ekspertlər təklif edirlər ki, yanacağın tərkibindəki spirt miqdarı 1,5 faizdən 10 faizə qaldırılsın. Tərkibində spirtin çox olduğu benzin ekoloji cəhətdən daha az zərərlidir. Bu artım ayda 100 min ton əlavə benzin istehsalına imkan verəcək.
Bir müddət əvvəl Rusiyanın Maliyyə Nazirliyi neftayırma zavodları üçün etil spirtinə aksiz vergisinin ləğvini təklif edib.
Maraqlıdır ki, həm etil, həm də izobutil spirtinin yanacaq istehsalına yönləndirilməsi şimal qonşumuzda araq qıtlığı yaratmayacaq. Statistika Rusiyada araq istehlakının azaldığını göstərir. Lakin səbəb açırlanmır.
Vüqar
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












