Banner

"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO

Hadisə 15 Noyabr 2026 22:41
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.

Avtosfer.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb.

Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:

"Bir saylı yataqxanada olub. Mən də orada qalıram. Deyilənə görə, qızın başı ağrıyırmış. Bacısına xəbər verərək hamam otağına gedib. Bacısı onun uzun müddət geri qayıtmadığını görüb və narahat olub. Hamam otağının qapısı bağlı olduğundan kilidi açıblar. İçəri daxil olanda qızın yerdə uzandığını görüblər. Dəqiq bilmirəm, təzyiqi düşüb, yoxsa beyninə qan sızıb. Mən ikinci mərtəbədə qalıram, həmin qız isə üçüncü mərtəbədə yaşayırmış. Onu şəxsən tanımırdım, amma otaq yoldaşlarım tanıyırdılar".

Tələbə yataqxanadakı hamam otaqlarının ümumi istifadədə olduğunu da bildirib. Onun sözlərinə görə, hər hamam otağında dörd-beş kabinə var.

Ətraflı süjetdə:

YouTubehttps://www.youtube.com/watch?v=2l4eFQ9YRcs

 

***

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb.

Avtosfer.az xəbər verir ki, universitetin açıqlamasında deyilir:

"Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib.

Universitet rəhbərliyi baş vermiş hadisədən dərin hüzn keçirir, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir.

Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xahiş edirik, araşdırmanın obyektivliyinə və ailənin həssas vəziyyətinə hörmətlə yanaşılsın.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

Elviranın əziz xatirəsi müəllimlərinin və tələbə yoldaşlarının yaddaşında çalışqan, fəal, pozitiv və mərhəmətli gənc kimi əbədi yaşayacaq!"

Yataqxanada meyiti tapılan tələbənin müəmmalı ölümü: ATU-dan açıqlama gəldi - Foto

 

***

Azərbaycan Tibb Universitetinin yataqxanasında qəfil tələbə ölümü baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb. 

Bildirilib ki, Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi 20 yaşlı Elvira Eyyubovanın yaşadığı yataqxananın otağında meyiti tapılıb.

Onun ürək çatışmazlığından öldüyü deyilir. Elvira Qəbələnin Yeni Dizaxlı kəndindəndir. 

Oxunub : 556
ŞƏRH YAZ
Ad

E-mail

Şərh