Banner

Sumqayıtda güclü külək fəsadlar törədib: Yaşayış massivi işıqsız qalıb

Xəbərlər 15 Noyabr 2026 22:27
Sumqayıtda güclü külək fəsadlar törədib: Yaşayış massivi işıqsız qalıb
WhatsApp kanalımıza abunə olun

Sumqayıt şəhərində müşahidə olunan güclü külək fəsadlara səbəb olub.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, küləyin təsiri nəticəsində elektrik dirəyi aşıb. Hadisə səbəbindən şəhərin Yaşıldərə yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Hazırda ərazidə yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Müvafiq qurumların əməkdaşları elektrik təsərrüfatında bərpa işlərini davam etdirirlər.

Təmir işləri başa çatdıqdan sonra yaşayış massivinin elektrik enerjisi ilə təminatının bərpa olunacağı gözlənilir.

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh