"Rusiya məqsədinə güc yolu ilə nail olacaq" - Peskov

"Rusiya avropalılarla razılığa gələ bilmədiyi təqdirdə, məqsədlərinə güc yolu ilə nail olacaq".
Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti" informasiya agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin nizamlanması məsələsi Avropanın təhlükəsizliyindən ayrılmazdır. Peskov qeyd edib ki, müəyyən mərhələdə Avropa tərəfi ilə müxtəlif məsələlərin müzakirəsi zəruri olacaq.
"Əlbəttə, müəyyən mərhələdə bu məsələləri avropalılarla müzakirə etmək lazım gələcək. Məsələ ondadır ki, əgər onlar həqiqətən sülh istəmirlərsə, belə müzakirələrin faydası olmayacaq. Bu halda razılığa gəlmək mümkün olmadıqda, məqsədimizə güc yolu ilə nail olmalı olacağıq", - deyə Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə görüşündə Rusiyanın Avropa ilə dialoqun heç vaxt əleyhinə olmadığını və bu dialoqu dayandırmadığını bildirmişdi. Putinin sözlərinə görə, dialoqu dayandıran Avropa tərəfi olub.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












