Banner

Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO

Hadisə 15 Noyabr 2026 13:04
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə olun

Bu gecə saat 2 radələrində Rumıniya yaxınlığındakı Sulina limanı ətrafında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub.

Avtosfer.az “Qafqazinfo”ya istinadla  xəbər verir ki, gəmidə 14 nəfər olub. Onlardan 13-nün Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, heyətin cəld müdaxiləsi nəticəsində alovun yük tanklarına keçməsi və dizel yükünün alışmasının qarşısı alınıb.

Hazırda heyət təxliyə olunmasını gözləyir.

Qeyd edək ki, daha öncə də azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalmışdı.

bax.tvhttps://bax.tv/embed/228859.html

 

 

FOTO QALEREYA
Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh