Banner

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO

Xəbərlər 15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakının Badamdar qəsəbəsinin 3-cü massivində torpaq sürüşməsi baş verib.

Ərazidə torpaq qatının ayrılması nəticəsində fərdi yaşayış evlərinin həyətlərində dərin çatlar və çökmələr yaranıb.

Sakinlərin sözlərinə görə, proses son günlər sürətlənib. Belə ki, bir neçə gün əvvəl hasarlar arasında 15-20 santimetr olan məsafə hazırda 2-3 metrə çatıb.

Sürüşmə təhlükəsi səbəbindən sakinlərdən biri yaşayış evini tərk etmək məcburiyyətində qalıb. Ərazidəki bir neçə fərdi yaşayış evinin həyətində də oxşar vəziyyət müşahidə olunur.

Sürüşmə zonasının aşağı hissəsində uşaq bağçası, digər yaşayış evləri və magistral yol yerləşir. Bu isə ərazidə təhlükəsizliklə bağlı narahatlıqları artırır.

Qeyd edək ki, Badamdar qəsəbəsində torpaq sürüşməsi ilə bağlı 2018, 2019, 2021-ci illərdə və 2026-cı ilin fevralında da məlumatlar yayılıb.

Sakinlər ərazidə torpaq qatının yumşaq süxurlardan ibarət olduğunu, yeraltı suların isə sürüşmə prosesinə təsir göstərə biləcəyini iddia edirlər.

Onların bildirdiyinə görə, son günlər aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirib və müvafiq tapşırıqlar verilib.

YouTubehttps://www.youtube.com/watch?v=bh9wmxb-N14
Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh