Banner

Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ

Hadisə 15 Noyabr 2026 18:09
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
WhatsApp kanalımıza abunə olun

Ağstafa rayonunun Ceyrançöl ərazisində hərbi sursatın partlaması nəticəsində bir nəfər ölüb, digər şəxs isə xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, hadisə noyabrın 15-də baş verib. Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov və Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Sahib İzbor oğlu Əmrahov partlamamış hərbi sursata müdaxilə ediblər. Nəticədə partlayış baş verib.

Hadisə zamanı Rəsul İbrahimov aldığı xəsarətlərdən həyatını itirib. Sahib Əmrahov isə xəsarət alıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, şübhəli əşyalara toxunmamağa və partlayıcı sursatlara müdaxilə etməməyə çağırıb.


***

Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.

Avtosfer.az xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.

Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.

Oxunub : 312
ŞƏRH YAZ
Ad

E-mail

Şərh