Bakıda şəxsi avtomobillərin bu yollardan istifadəsi QADAĞAN EDİLİR - FOTO

Xəbər verildiyi kimi paytaxtda fəaliyyət göstərən 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti – Məhəmməd Hadi küçəsi – Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti - Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılıb. Artıq ərazidə zəruri infrastruktur işləri yekunlaşıb.
Bununla əlaqədar bildiririk ki, 11 dekabr 2022-ci il tarixindən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir. Bu zolaqlarda ictimai nəqliyyatın sərbəst hərəkətinə maneçilik törədən digər nəqliyyat vasitələri sürücülərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tədbirləri tətbiq ediləcək.
Bir daha sürücüləri və avtomobil sahiblərini paytaxtın əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə tətbiq edilən xüsusi zolaqların tələbinə anlayışla yanaşmağa dəvət edirik. Bu zolaqları təşkil etməkdə məqsəd, müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət cədvəllərində stabilliyi təmin etmək, əhalinin ictimai nəqliyyatdan istifadəyə marağını artırmaqla keyfiyyətli sərnişindaşınma xidməti göstərməkdir.
Zolaqların təşkili ilə həmçinin ümumi istifadədə olan nəqliyyat vasitələri ilə yanaşı, operativ nəqliyyat vasitələrinin də həmin zolaqlarla maneəsiz hərəkəti təmin olunacaq ki, bu da həyati vacib sahələrə müsbət təsir göstərəcək.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?













