Köhnəlmiş avtomobillərin yollardan yığışdırılması necə baş tutacaq?

Azərbaycan köhnəlmiş avtomobil parkının yenilənməsi üçün veriləcək qərarı hamı səbrsizliklə gözləyir. Müxtəlif ekspertləri fikrincə, utilizasiya prosesi qərar tam formalaşdıqdan sonra həyata keçiriləcək. Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə KİV-ə açıqlamasında bildirib ki, həmin avtomobillərdə aparılan qiymətləndirmə əsasında avtomobillər üçün vauçerlər veriləcək. Vətəndaş bu vauçerlə almaq istədiyi avtomobili vauçerin məbləği qədər ucuz ala biləcək.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Bizimyol.info-a açıqlamasında bildirib ki, ümumiyyətlə Azərbaycanın avtomobil parkı çox acınacaqlı bir vəziyyətdədir. Parkın əksər hissəsi, daha doğrusu çox hissəsi köhnə avtomobillərdən ibarətdir.
“Təkcə onu qeyd edə bilərəm ki, parkın avtoparkın faizi yaşı 30-dan çox, 8 faizi yaşı 40-dan çox olan avtomobillərdən ibarətdir. Hələ 10 ildən 30 ilə qədər istismar müddəti olan avtomobilləri də qeyd etsək, qarşımızda qorxunc bir mənzərə görünəcək.
2019-cu ildə biz aidiyyatı Dövlət qurumlarına avtoparkın durumu haqda hesabat və çıxış yolları haqda təkliflər planı təqdim etdik. Aidiyyatı qurumlarla bizim fikir həmrəyliyimiz oldu. Parkın bu durumu həm təhlükəsizlik baxımından həmdə ekoloji durum baxımdan çox bərbad olduğu üçün hələ 2018-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan 27 dekabr 2018 ci tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində də bu amilə toxunulub”,- deyə Eyyub Əliyev qeyd edib. O, bildirib ki, son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən atılan addımlarda alqışa layiqdir. Bu qurum ekoloji durumu nəzarətə almaq istiqamətində utilizasiya proqramı haqda vətəndaşlarımızı maarifləndirir və bu proqram üzərində çox ciddi işlər görür.
“Ümid edirəm ki, gələn ildən artıq bu proqram, bu mexanizm işə düşəcək. Utilizasiya ölkəmiz üçün çox vacib bir amildir. Bu proqram həm bizi yararsız maşınlar azad edəcək, həm də ekoloji durumun müsbətə doğru irəliləməsinə zəmin yaradacaq.
İndiki durumda bu mexanizm yalnız 30 ildən çox istismar müddəti olan, daha doğrusu, artıq istismar müddətini illər əvvəl başa vuran və buna baxmayaraq hələ də şəhər küçələrində şütüyən avtomobillərə tətbiq ediləcək. Sonra da mərhələli şəkildə digər avtomobilləri də əhatə edəcək. Biz Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq tarixi sayılacaq bu hadisədə yaxından iştirak edirik”,- deyən ekspert bildirib ki, quruma üzv olan bütün rəsmi dilerlər bu proqram çərçivəsində fikir mübadiləsi aparmağa tam hazırdırlar.
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?










