Banner

"Tesla"nın əməkdaşları müştəriləri izləyiblərmi?

Avtoxəbər 16 Noyabr 2026 11:36
"Tesla"nın əməkdaşları müştəriləri izləyiblərmi?
WhatsApp kanalımıza abunə olun

Elektromobillərin kameralar vasitəsilə ətrafda baş verənləri qeydiyyata alması və ötürməsi barədə çox danışılıb. Bu məsələdən söz düşəndə ilk ağla gələn Çin maşınları olur. ABŞ, Almaniya, İsrail və Polşa orduları Çin istehsalı olan elektromobillərin hərbi hissələrə girişinə qadağa qoyub.

Bu maşınların ordu ehtiyacları üçün keçirilən tenderlərə təqdim olunmasına da qeyri-rəsmi məhdudiyyətlər mövcuddur. Bəz şübhəli təkcə Çin modelləridirmi?

Avtosfer.az xəbər verir ki, “Reuters” agentliyi "Tesla"nın 2019-2022-ci illərdəki fəaliyyətinə dair araşdırmasında daha maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, şirkətin əməkdaşları votsap qruplarında müştərilərin kameralarından əldə edilmiş videoları müzakirə edirlər. Bəzi videoların əsasında müştərinin ünvanını dəqiq müəyyənləşdirmək mümkün olub. 

Araşdırma ictimailəşdikdən sonra "Tesla"nın nümayəndəsi yerli qanunvericiliyə hər bir ölkədə əməl etdiklərini bildirib. Lakin bir sual ortaya çıxır: ictimaiyyət “Reuters”in araşdırmasına daha çox inanır, yoxsa şirkət rəsmisinə?

Vüqar Yaşaroğlu

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh