Banner

Novxanı yolunda avtobus tüstüləndi - VİDEO - YENİLƏNİB

Hadisə 16 Noyabr 2026 11:23
Novxanı yolunda avtobus tüstüləndi - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Sumqayıt-Novxanı yolunda 123 saylı marşrut avtobusunda texniki nasazlıq səbəbindən tüstülənmə baş verib.

Avtosfer.az xəbər verir ki, Oxu.Az-a cavab olaraq daşıyıcı şirkətdən məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitəsində tüstülənmə olduqdan sonra sərnişinlər dərhal avtobusdan endiriliblər:

"Sərnişinlər əraziyə xətdən ayrılan digər nəqliyyat vasitəsilə mənzil başına çatdırılıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nasaz avtobus xətdən kənarlaşdırılıb".

Daşıyıcı şirkət həmçinin qeyd edib ki, sözügedən xətt üzrə avtobusların yenilənməsi planlaşdırılır.

***10:48
Sumqayıt-Novxanı yolunda marşrut avtobusu yanıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, 123 saylı müntəzəm marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı avtobus hərəkətdə olarkən tüstülənməyə başlayıb.

Bunu görən sürücü nəqliyyat vasitəsini saxlayıb və sərnişinlər avtobusu dərhal tərk ediblər.

Görüntüləri təqdim edirik:

 

 

Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh