Yarım əsr polisdən gizlədilən avtomobil üzə çıxdı - "Avtoş" isə bağışlandı - VİDEO

ABŞ-ın Alabama ştatında jurnalistlər nadir avtomobili lentə alıblar. Avtosfer.az xəbər verir ki, bu dəfə jurnalistlər 1968-ci il istehsalı olan “Chevrolet Corvette”i təqdim ediblər. Avtomobil uçuq bir qarajda aşkar edilib. Maşının maraqlı tarixçəsi var.
İlk sahibi onu 1974-cü ildə 2900 dollara satanda bir gənc onu gündəlik istifadə üçün alır. Lakin çox sürə bilmir. 7 litrlik mühərrikə malik avtomobillə "avtoş"luq etmək istəyən gənci polis təqib edir. O, təqibdən yayınsa da, maşını bir daha üzə çıxara bilmir və qarajda gizlədir. Bu günlərdə isə artıq qaraj uçmaq təhlükəsi ilə üzləşdiyi üçün toz basmış maşını el arasına çıxarır.
Jurnalistlərin dediyinə görə, avtomobilin restavrasiyası başlayıb. Polis isə artıq avtomobillə törədilən xətadan yarım əsr keçdiyi üçün hansısa cəza tədbiri görə bilməz.
Vüqar
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











