150 qram heroini 4000 manata satarkən cinayət başında saxlanılıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Məstiyev 150 qram narotik vasitə heroini 4000 manata satarkən cinayət başında saxlanılıb. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə olaraq ondan 504 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla T.Məstiyevin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından əldə etdiyi, qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilmiş 654 qram heroini Ələt-Astara yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən satışını təşkil etməkdən ötrü götürdüyü müəyyən olunub.
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Gültən
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












