“20 Yanvar” metro stansiyasında hüzn və şərəf dolu bir tarix xatırlanacaq

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar gecəsi, həmin gecə fədakarlıqlar göstərmiş Bakı metropoliteninin kollektivi üçün də böyük əhəmiyyət kəsb edir, faciənin qurbanları hər il dərin hüzn və ehtiramla yad edilir.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Avtosfer.az-a bildirib ki, Yanvar ayının 17-də saat 11:00-da “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar tarixinin 30 illiyinə həsr olunmuş sərgi başlanacaq.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin faciəli səhnələrini əks etdirən tarixi kadrlardan ibarət foto-sərgi “20 Yanvar” stansiyasında nümayiş etdiriləcək.
Sərgidə həmin gecə və sonrakı matəm günlərindəki kadrları lentə almış müxtəlif fotoqrafların 50-yə yaxın foto əsəri nümayiş etdiriləcək.
Sərgidə həmin dövrdə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini təmin edən xalqın xilaskarı Ümummilli lider Heydər Əliyevin Şəhidlər xiyabanında çəkilmiş nadir fotoları nümayiş etdiriləcək. Bundan savayı, o günlərin milli xatirə rəmzinə çevrilmiş və metropolitençilər üçün xüsusi əhəmiyyət kəsb edən bir foto da nümayiş olunacaq. Həmin fotoda o gecənin günahsız qurbanlarından biri olan metro inşaatçısı Əflatun Kazımovun tabutu əlində atasının fotoşəkili ilə addımlayan bir uşaq əks olunub. İllər sonra o uşaq əmək bioqrafiyasını Bakı metropoliteninə bağlayıb və bu gün də "Nərimanov" elektrik deposunda çalışır.
Ümumən illər ötəndən sonra o tarixi bizə yaxınlaşdıran əsərlər metro sərnişinlərini biganə qoymayacaq və qazanılan azadlığın dəyərinin bir daha əyani nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sərgi 4 gün davam edəcək.
Gültən Qədirli
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO










