2,5 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 2,5 kiloqramdan artıq heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbə sakini Qurbanəli Əliyev narkotik vasitə olan heroini Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Ceyhun Xalıqova satmaq istəyərkən hər ikisi saxlanılıb. Astara RPŞ-yə gətirilmiş Q.Əliyevin üzərindən bir ədəd bağlamada 2 kiloqram narkotik vasitə olan heroin, C.Xalıqovun üzərindən isə bir bükümdə 1,25 qram heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Q.Əliyevin narkotik vasitəni İran vətəndaşından əldə etdiyi, Astara rayonunun Pensər kəndi ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini olan Şəbir Səmədli bir büküm narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 530 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











