"ABAD"ın dəstəyi ilə keçirilən “ASAN Peşə” kurslarını bitirmiş şəxslərə sertifikatlar təqdim olunub

“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə sahiblənmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir.
Belə ki, İmişli “ASAN Həyat” kompleksində "ABAD" təlimçiləri vasitəsi ilə 2019-cu ilin sentyabr və dekabr ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 28 şəxsə həm nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları başa vuran şəxslərə sertifikatlar təqdim olunub.
Təlimlər tələbata müvafiq 3 fərqli sahə üzrə aparılıb: dərzilik, İKT və aqrar sənaye. İştirak üçün yaş məhdudiyyəti yoxdur və ödənişsiz şəkildə təşkil olunur.
"ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.
Təlimlər davam edir. Mütəmadi xarakter daşıyan İT sahəsi üzrə təlimlər Microsoft Office proqramları (Word, Excel, Powerpoint), Windows əməliyyat sisteminin öyrədilməsi üzərində qurulub. İT təlimlər bu ildən daha da genişləndiriləcək. Bu, "ABAD" və “Expressbank”ın əməkdaşlığı sayəsində reallaşacaq.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












