Ağdaşda kanalın üzərindəki körpünün insanlara yaratdığı TƏHLÜKƏ VİDEO

Su kanalının üzərində körpü olsa da, ətrafı açıqdır. Bu isə sakinləri narahat edir. Söhbət Ağdaş rayonunun Dəhnəxəlil kəndindən gedir. Kənd daxili yol çəkilən zaman su kanalının üzərində körpü salınsa da ancaq işlər yarımçıq qalıb. Körpünün ətrafında dəmir məhəcər quraşdırılmayıb. Sakinlər bildirir ki, bu da həm sürücülər, həm də piyada və hər gün körpüdən keçən az yazşlı uşaqlar üçün təhlükəlidir. Kənd sakinləri qısa zamanda aidiyyəti qrumlar tərəfindən problemin aradan qaldırılmasını istəyirlər. Məsələ ilə bağlı Ağdaş Suvarma Sistemləri İdarəsindən bildirildi ki, hazırda həmin su kanalında tikinti şirkəti tərəfindən işlər aparılır. Tikinti işlərini həyata keçirən şirkətin iş icraçısı Rüstəm Məmmədov bildirdi ki, rayonun ərazisində 27 kilometr uzunluğunda su kanallarında betonlama işləri aparılacaq. Sözügedən su kanalı üzərində olan körpünün ətrafının bağlanması da təmir işləri zamanı həyata keçirləcək.
Daha ətraflı videomaterialda.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












