Aksiya iştirakçısı: “Erməni separatçıları sərvətlərimizin talanmasına və mina terroruna son qoymalıdırlar”

“Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisində erməni separatçıları sərvətlərimizin talanmasına son qoymalıdırlar. Onların ekoloji və mina terrorlarını dayandırmalarını tələb edirik”.
Bunu “Report”a açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçısı, “Beynəlxalq Avrasiya Mətbuat Fondu” QHT-sinin əməkdaşı, mina qurbanı Zabil Məmmədov deyib.
“Təəssüf ki, hər ay Azərbaycan vətəndaşları ermənilərin basdırdığı minalara düşərək sağlamlıqlarını itirir, yaxud şəhid olurlar. Hər kəsə məlumdur ki, Ermənistanın istehsal etdiyi minalar Azərbaycan ərazilərində, xüsusilə də mülki vətəndaşların əkin-biçin apardığı yerlərə basdıraraq insanları öldürürlər. Bütün beynəlxalq qurumlardan, dünya dövlətlərindən xahiş edirik ki, ermənilərin mina terroruna son qoyulmasına köməklik göstərsinlər”, - Z.Məmmədov bildirib.
O xatırladıb ki, Qarabağda yaşayan dinc erməni əhalisi SSRİ dönəmindən azərbaycanlılarla bir yerdə yaşayıblar:
“Bizim onlarla heç bir problemimiz yoxdur. Bu gün bizim əsas problemimiz Qarabağda məskunlaşmış separatçılarladır. Çünki onlar hazırda həmin ərazilərdə olan sərvətlərimizi talan edirlər, ekoloji terror törədirlər. Dinc əhalinin yoldan rahat istifadəsi üçün bütün lazımi şərait yaradılır. Gələcəkdə onları Azərbaycan vətəndaşı kimi qəbul edib birlikdə yaşaya bilərik”.
Digər aksiya iştirakçısı Rəfael Bayramov isə vurğulayıb ki, aksiyaya Azərbaycan xalqına dəstək üçün gəlib:
“Azərbaycanda minadan zərərçəkmişləri təmsil edirik. Məqsəd sərvətlərin talanmasına qarşı çıxmaqdır. Həmçinin, mina terroru nəticəsində xeyli sayda insan həlak olub, qazi olub. Qarşı tərəf buna son qoymalıdır”.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








