Banner

Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT

Gündəm 23 Noyabr 2026 11:30
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
WhatsApp kanalımıza abunə olun

Şəhərlərarası avtobuslarda sərnişinlərə göstərilən xidmətlərin çeşidinin artırılması və servis mədəniyyətinin formalaşdırılması təklif olunur. Bu, avtobus səfərlərini daha rahat və cəlbedici etməklə yanaşı, ictimai nəqliyyatın rəqabətqabiliyyətini də artıra bilər.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə fikirlərini bölüşüb.

Ekspert bildirib ki, təyyarə və qatarlarda sərnişinlərə müxtəlif əlavə xidmətlər təqdim olunduğu kimi, şəhərlərarası avtobuslarda da bu təcrübənin inkişaf etdirilməsi mümkündür. Onun sözlərinə görə, təxminən 7 il əvvəl Azərbaycanda bəzi şəhərlərarası avtobuslarda çay və kofe servisi mövcud olub.

Son illərdə sərnişindaşıma sahəsində onlayn bilet satışı, elektron ödəniş imkanları və xidmətin təşkili baxımından müəyyən irəliləyişlər əldə edilib. Növbəti mərhələdə isə sərnişinlərə təqdim olunan xidmətlərin çeşidini artırmaq olar.

Ekspert bunun üçün avtobuslarda müxtəlif xidmət paketlərinin tətbiqini təklif edib. Belə ki, standart avtobuslarda adi sərnişindaşıma xidməti saxlanıla, komfort sinifdə su, çay və kofe, premium sinifdə isə meyvə şirəsi, yüngül qəlyanaltılar, Wi-Fi və digər əlavə imkanlar təqdim edilə bilər.

Bu xidmətlərin bütün avtobuslarda tətbiqi zəruri deyil. Əsas məqsəd sərnişinlərə seçim imkanı yaratmaq və əlavə xidmətləri fərqli bilet qiymətləri ilə təklif etməkdir.

Rauf Ağamirzəyev vurğulayıb ki, əsas məsələ sadəcə çay və kofe təqdim etmək deyil. Məqsəd şəhərlərarası avtobus səfərlərini daha rahat, cəlbedici və rəqabətqabiliyyətli etməkdir.

İctimai nəqliyyatın cəlbediciliyi yalnız marşrut şəbəkəsi və gedişhaqqı ilə deyil, həm də sərnişinin səfər boyunca əldə etdiyi xidmətin keyfiyyəti ilə ölçülür. Bu baxımdan avtobuslarda servis mədəniyyətinin inkişaf etdirilməsi sərnişindaşıma sahəsində yeni mərhələ ola bilər.

Eltac Zülfüqaroğlu

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh