25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD

2026-cı ilin fevral-mart aylarında Azərbaycan televiziya kanallarında bayağı məzmunlu verilişlərin bağlanması və bəzi müğənnilərin efirə çıxışına məhdudiyyət qoyulub.
Avtosfer.az xəbər verir ki, bu qərarlar efirlərdə bayağılığın qarşısının alınması və etik normaların qorunması məqsədi daşıyıb. Həmin qərarlardan sonra televiziya kanallarında verilişlərin məzmunu və efirə dəvət olunan qonaqların seçimi ilə bağlı müəyyən dəyişikliklərin olduğu müşahidə edilir. Lakin efirlərdən uzaqlaşdırılan bəzi müğənnilər fəaliyyətlərini sosial şəbəkələrdə davam etdirirlər. Buna görə də televiziya efirlərində məhdudiyyətlə üzləşən bəzi müğənnilər daha geniş auditoriyaya sosial media vasitəsilə çatmağa çalışırlar. Bəs bayağılığın qarşısını almaq və televiziya efirlərində daha keyfiyyətli məzmun təqdim etmək üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Avtosfer.az-a açıqlamasında qeyd edib ki, kütləvi informasiya vasitələri cəmiyyət üçündür:

"Amma bəzi sənət adamları milli dəyərləri və adət-ənənələri zədələyən, neqativ həyat tərzini təbliğ edən çağırışlar edirlərsə, şübhəsiz ki, belə müğənnilərin kütləvi informasiya vasitələrinə çıxışı məhdudlaşdırılmalıdır. Çünki söhbət cəmiyyətin mənəvi dəyərlərindən gedir. Ailə və mədəni-mənəvi dəyərlərimizə zidd çağırışların yayılmasına imkan verilməməlidir. Bəzən onlar məşhurluqlarından istifadə edərək neqativ tövsiyələr verirlər. Bu tövsiyələr insana və onun davranışlarına mənfi təsir göstərir və bütövlükdə cəmiyyətin sosial xarakterinə zərər vurur. Çünki söhbət Azərbaycan dəyərlərindən, həyat tərzindən gedirsə demək ki, ümumi mənafey daha çox düşünülməlidir".
Sosioloq Mayıl Yaqubun fikrincə isə, bizim cəmi 10 milyon əhalimiz var, sayımız azdır:

"Bu 10 milyonun dəyərləri olmasa biz cəmiyyət formalaşdıra, inkişaf etdirə bilməyəcəyik. Dəyərsiz iqtisadi, mədəni inkişaf qeyri-mümkündür. Müğənnilərə efirlərdə qadağa qoyulduqda, onlar sosial şəbəkələrdə özlərinə kanal açaraq həmin səviyyəsiz fəaliyyətlərini davam etdirirlər. Bəzi aparıcılar da bu gün məhz belə fəaliyyətlə məşğuldurlar. Bu gün sosial şəbəkə hər bir insana bir şans verib ki, öz performansını göstərsin. Bu performans bəzilərində elə bir səviyyədədir ki, dəyərləri məhv edir və cəmiyyətin qəsdinə dayanıb. Mən razıyam, müğənnilərin səviyyəsiz, düşük, mənasız, dəyərlərə, əxlaqa zidd təqdimatlarının qarşısı alınsın. Amma bununla iş bitmir. Bəs sosial şəbəkələr? Bu haqda da tədbir görülməlidir. Səviyyəsiz təqdimatların nəticəsində ailələr dağılır, gənclər ailə qurmaq istəmir və həyata ümidsizləşirlər".
Müğənni Elariz Məmmədoğlu qeyd edib ki, bu məhdudiyyət 2001-ci ildə qoyulmalı idi:

"Zövqsüzlüyün təməli o vaxt qoyulmuşdu. 25 il keçdi, Azərbaycan tamaşaçısının zövqü tamam korlandı və 2026-cı ildə buna son qoyuldu. Tamaşaçıların bəzisi məni məcbur etməyə çalışırdı ki, o bayağı mahnılardan mən də oxuyum. Mən isə səbr etdim, oxumadım. Çünki mən İncəsənət və Musiqi təhsilliyəm".
Züleyxa Allahverdiyeva
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq












